• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış vəkil məhkəmə zalında həbs edildi

Tanınmış vəkil məhkəmə zalında həbs edildi
13.03.2021 20:00
Dələduzluqda ittiham olunan tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.


"Qafqazinfo”nun məlumatına görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.


Martın 11-də keçirilən sonuncu prosesdə hakim Azər Paşayevin hökmü ilə Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.


İstintaq dövründə R.Əkbərovun Vəkillər Kollegiyasına üzvlüyü saxlanılsa da, onun vəkil kimi fəaliyyəti dayandırılmışdı.


R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluqda ittiham edilir.


Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət, yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.


Qeyd edək ki, R.Əkbərov daha öncə Ali Məhkəmədə məsləhətçi işləyib. Həmin zaman korrupsiya şəraiti yaradan hallara görə işdən uzaqlaşdırılıb.


Vəkillər Kollegiyasının üzvü olan Ruhid Əkbərov ictimaiyyətin diqqətində olan bir neçə işlərdə çıxış edib.


Sonuncu dəfə isə Türkiyədə saxlanılıb Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, "Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol