Xocavənddə 41 yaşlı şəxs minaya düşdü

Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.
Bu barədə Anews.az-a rayon Prokurorluğundan bildirilib.
Belə ki, martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























