• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda minaya düşənlərdən ikisi Bakıya göndərildi

Ağdamda minaya düşənlərdən ikisi Bakıya göndərildi
17.03.2021 22:30
Ağdamın işğaldan azad olunan Yusifcanlı kəndindəki qəbiristanlıqda dəfn edilən yaxınlarının məzarını ziyarət etmək üçün qanunsuz olaraq kəndin ərazisinə daxil olarkən minaya düşüb xəsarət alanlardan ikisi vəziyyətinin ağır olduğu üçün Bakıya göndərilib.


Anews.az xəbər verir ki, hadisə zamanı xəsarət alan Ağdam rayonunun Əfətli kənd sakinləri - 1985-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Abdulov Z.Əliyeva adına göz klinikasına, 1957-ci il təvəllüdlü Akif Muxtar oğlu Hüseynov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu yerləşdiriliblər.


Bərdə Rayon Mərkəzi Xəstəxanasından sayta bildirilib ki, B.Abdulov hər iki gözünün, üz və bədənin aşağı ətrafının çoxsaylı qəlpə yarası, A.Hüseynov isə hər iki baldır sümüyünün qırılması və bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakıya göndəriliblər.


Qeyd edək ki, martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.


Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol