• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı

Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı
17.03.2021 22:45
ABŞ Prezidenti Co Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putin haqqındakı açıqlamasından sonra ölkənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov Moskvaya çağırılıb.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.

"Səfir fikir mübadiləsi və ABŞ-la münasibətlərdə nələr ediləcəyini, haraya gediləcəyini təhlil etmək üçün Moskvaya çağırılıb”, - Baydenin Rusiya liderini "ABŞ seçkilərinə müdaxiləyə görə "cəza çəkəcəyini” söyləməsi barədə yazılı açıqlamasında M.Zaxarova deyib.

"Bayden administrasiyası 100 günü yaxında tamamlayır. Bu da Bayden komandasının hansı mövzularda qənaətbəxş olub-olmadığını təhlil etmək üçün səbəbdir”, - Zaxarova əlavə edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Vaşinqtonun son illər gərginləşdirdiyi və gərgin olan Rusiya-ABŞ münasibətlərini düzəltmək üçün yolların müəyyənləşdirilməsi vacibdir:

"Əgər amerikalılar bununla bağlı risklərin fərqindədirlərsə, əlaqələrin geri dönüşü olmayan şəkildə pozulmasını əngəlləməkdə maraqlıyıq. Bu məsələlər barədə XİN-dəki və digər əlaqədar qurumlardakı müzakirələrdə səfirlə fikir mübadiləsi aparılacaq”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol