• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya ştammının COVİD-19-dan fərqi nədir?

Britaniya ştammının COVİD-19-dan fərqi nədir?
18.03.2021 13:45
Azərbaycanda aparılmış genom analizləri nəticəsində 3 nəfərdə yeni növ Britaniya ştammına tutulma halı müəyyən edilib. 

"COVİD-19” mutasiyaya uğramış yeni növünün xüsusiyyətlərini aşağıdakı fərqləri var. 

Əvvəlcə bildirək ki, Avropa və ABŞ-da aparılan son araşdırmaların nəticələrində qeyd olunurdu ki, martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının xüsusilə "Britaniya ştammı” ön plana çıxacaq. 

Belə ki, aşkarlanan yeni yoluxmaların yarısından çoxunun yeni ştammlar olacağı təxmin edilir.

Koronavirusun "Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb. Son statistikalara görə, Britaniya ştammının 110-dan çox ölkədə aşkarlanıb. Bir sıra ölkələrdə məsələn Estoniya isə bu ştammın yoluxma sayına görə koronavirusun ilkin növünü ötdüyü bildirilib. ABŞ-da statistik hesablamalara görə, ümumi yoluxma hallarının 25-30 faizini virusun bu növü təşkil edir. Alimlər bu ştammın əvvəlki növlərlə müqayisədə 50 faiz daha yoluxucu və 65 faiz daha öldürücü olduğunu müəyyənləşdirib.

Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran və Türkiyədə də yeni ştammlar aşkarlanıb. 

Türkiyədə indiyədək 41 mindən çox insanda koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınıb. Son məlumatlara görə, Gürcüstanda 31, İranda isə 62 nəfər  bu növə yoluxma halı aşkarlanıb.

Britaniya ştammı  əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştamda iybilmə qabiliyyətinin itirilməsi "Çin” variantına nisbətən özünü daha zəif büruzə verir. 

Təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.

Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.

Müəyyənləşdirilib ki, xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatının  Avropa Regional Bürosunun direktoru Hans Klüge açıqlamalarının birində yeni ştammın daha çox gənc yaş qrupları arasında yayılma ehtimalının olduğunu bildirmişdi.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol