İmişlidə ev içindəki əşyalarla birgə yandı

İmişli rayonunda yanğın hadisəsi baş verib.
"Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Soltanmuradlı kəndində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, bir mərtəbədən ibarət ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.
www.anews.az
























