• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Mingəçevirdə qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
22.03.2021 21:30
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E.Məmmədov ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol