• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət sərhədində 40 nəfər saxlanıldı

Dövlət sərhədində 40 nəfər saxlanıldı
03.06.2014 15:30
2014-cü ilin may ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb.Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, onların 25 nəfəri Azərbaycan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran, 1 nəfəri Rusiya, 2 nəfəri Moldova, 2 nəfəri Tacikistan, 3 nəfəri Əfqanıstan, 1 nəfəri isə Gürcüstan vətəndaşları olub.Sərhəd rejim qaydalarını pozduqlarına görə 9 halda 15 nəfər, Xəzər dənizində 55 halda 90 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 198 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 6 kiloqram 56 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.May ayında 59 halda ümumi dəyəri təqribən 1 milyon 639 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd ov tüfəngi, 3300 qram gümüş, 5 ədəd beşbarmaq, 2 ədəd pnevmatik tapança, 7 ədəd zinət əşyası, 154 ədəd mobil telefon, 30861 ədəd kosmetika, 17 ədəd mobil telefon aksessuarı, 2467 qutu siqaret, 228 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol