Almaniyada karantin aprelin 18-dək uzadıldı

Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.
Anews.az TASS-a istinadən verdiyi məlumata görə, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib: "Daha çox yoluxucu olan "Britaniya" ştammı əslində yeni bir virusdur".
Hazırda Almaniyada karantin qışdakı kimi sərt deyil. Məktəblər, uşaq bağçaları, bərbərxana, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.
www.anews.az
























