• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı

Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı
23.03.2021 10:03
Moskva Şəhər Məhkəməsi 2019-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit” ​​kafesindəki davadan sonra azərbaycanlı taksi sürücüsünün öldürülməsində təqsirli bilinən üç nəfər barəsində yekun qərar verib.

Anews.az report-a istinadən xəbər verir ki, təqsirləndirilənlərdən birinin vəkili Şamil Yandarbayev "TASS”a verdiyi açıqlamada bildirib ki, hər üç şəxs Lors Hamyev, Həmid Cəbrayılov və Anzor Şahbiyev bəraət alıblar və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Digər şübhəli şəxsin vəkili Maqomed Esendirov bildirib ki, verilən qərara baxmayaraq cinayət işi yenidən ibtidai istintaqa qaytarılacaq.
Qeyd edək ki, 14 fevral 2019-cu il tarixində Moskvanın cənub-şərqindəki kafedə dava nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Daha sonra həmin şəxs azəbaycanlını qaçırılaraq döyülməsində şübhəli bilib və qisas almaq qərarına gəlib.

Həmin gecə naməlum şəxslər Moskvanın Səmərqənd bulvarında azərbaycanlı taksi sürücüsünü vuraraq öldürub və nömrəsi çirkli olan "BMW” avtomobili ilə hadisə yerindən qaçıblar.

Azərbaycanlının qətlində şübhəli bilinənlər bir gün sonra Rostov vilayətindəki magistral yolda tutularaq paytaxtın istintaq təcridxanasına göndəriliblər. Əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (Qətl törətmək) ilə cinayət işi açılsa da, sonradan onlara bir qrup şəxs tərəfindən etnik nifrət zəminində adam öldürmək və silahların qanunsuz əldə edilməsi, satışı, saxlanması, daşınması ittihamı irəli sürülüb.

Lors Hamyev 2007-ci ildə Çeçenistan prezidenti Ramzan Kadırovun qətlini hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol