• $
  • €
  • ₽
  • ₺
  • £

"Zaqatala və Balakəndə qaz təchizatındakı çətinliklərlə özüm məşğulam" - RUSLAN ƏLİYEV

"Zaqatala və Balakəndə qaz təchizatındakı çətinliklərlə özüm məşğulam" - RUSLAN ƏLİYEV
24.03.2021 22:00
"Əziz dostlar, Zaqatala və Balakən rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan çətinliklərlə birbaşa özüm məşğul oluram. Proses tam nəzarətdə saxlanılır. Müvafiq strukturlara tapşırıqlar verilib və özüm başda olmaqla hammı iş başındadırlar".

Anews.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" səhifəsində yazıb: "Yəni heç kim elə düşünməsin ki, biz bu prosesdən məlumatsızıq. Biz yaxşı bilirik ki, harda, hansı kənddə, hansı qəsəbədə qazın təminatı nə yerdədir. Yəqin siz də etiraf edərsiniz ki, təbii qaz təchizatının dayandırılması halı yoxdur. Sadəcə bəzi yaşayış məntəqələrində qazın təzyiqində çətinlik yaşanır. "Azəriqaz" İstehsalat Birliyi qaz paylayıcı qurumdur, bizə qədər böyük şəbəkə mövcuddur. Bəzən bu şəbəkədə yaranan problemlər də bizə təsirsiz ötüşmür. Təzyiq düşürsə, onun əvvəlki vəziyyətə qaytarılması müəyyən qədər vaxt tələb edir. Bu, texnoloji bir prosesdir.

Əmin olun ki, qısa müddətdən sonra hər şey qaydasına düşəcək. Lakin bu arada bəzi klaviatura qəhrəmanları sosial şəbəkədə əsassız fikirlər yazır, insanları çaşdıran paylaşımlar edirlər. Xahiş edirəm ki, belə məlumatlara inanmayın. Çaşqınlıq yaradan mənbələrdən uzaq durun. Həqiqətin qaz təsərrüfatına dair düzgün məlumatın yeganə ünvanı "Azəriqaz" İstehsalat Birliyidir. Birliyin sosial şəbəkə ünvanları, mənim Facebook səhifəm, Çağrı Mərkəzi (104/185 saylı nömrələr) və 077 310 41 04 saylı "Whatsap” nömrəsi - budur əsaslı mənbə. Belə məqamlarda sizi dolaşıqlığa salan insanlara inanmayın. Mən sizin yanınızdayam, arxayın olun, bəzi xırda çətinliklər də tezliklə həllini tapacaq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol