• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim: “COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir”

Həkim: “COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir”
24.03.2021 23:10
"COVAX şirkəti Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərilməli olsa da, təəssüf ki, məsələ hələ də həllini tapmayıb”.

Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, COVID-19-a qarşı vaksinlərin ədalətli bölüşdürülməsi prinsipinə əməl edilmir: "Bu, təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə prinsiplərinə ziddir. Nəzərə almaq lazımdır ki, pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir. Ona görə də problemi həll etmək üçün gərək qarşılıqlı həmrəylik nümayiş etdirilsin”.

A.Qeybulla qeyd edib ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə vaksin əldə edərək Cənubi Qafqazda vətəndaşların vaksinasiyasına başlayan ilk ölkə olub: "Artıq yanvar ayının 18-dən etibarən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinindən istifadə edilir. Hər halda çıxış yolu tapdıq. Amma bu, Azərbaycana qarşı ədalətsiz mövqe kimi qiymətləndirilməlidir. Bunun başqa izahı da yoxdur. Azərbaycana qarşı ikili standartlar Qarabağ və digər məsələlərdə də hər zaman mövcud olub”.

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız "CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Xatırladaq ki, Azərbaycan COVAX platforması çərçivəsində "Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan COVAX platformasının "SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol