• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə yataqxanaları üçün qiymətlər müəyyənləşib

Tələbə yataqxanaları üçün qiymətlər müəyyənləşib
28.03.2021 10:39
Naxçıvan Muxtar Respublikasında tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği müəyyənləşib.

Bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb. Belə ki, qərara əsasən, bundan sonra bir tələbə Naxçıvan Dövlət Universitetinin Tələbə Evində yaşamaq üçün 80 manat, "Naxçıvan” Universitetinin tələbə yataqxanasında yaşamaq üçün 100 manat və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanasında yaşamaq üçün isə 150 manat kirayə haqqı ödəyəcək.

Qərarla müəyyənləşib ki, kirayə haqqı köçürmə yolu ilə aylıq və ya birdəfəlik ödənilə bilər. Kirayə haqqı aylıq ödənildikdə hər ayın 15-nə kimi bank vasitəsilə müvafiq hesaba ödəniləcək.

Qərarla ödəniş yerli və xarici ölkə vətəndaşı olan tələbələr üçün bərabər məbləğdə müəyyən edilib və tədris ili ərzində ödənişin məbləğinin dəyişdirilməsi qadağan olunub.

Həmçinin qərar verilib ki, tənbeh tədbiri qismində yataqxanadan çıxarılmış tələbələr istisna olmaqla, tədris ili ərzində yataqxanadan ayrılan tələbələrin kirayə haqqının qalıq məbləği geri qaytarılacaq.
Qeyd edək ki, bu qiymətlər Naxçıvan Dövlət Universitetində və "Naxçıvan” Universitetində 2021-2022-ci tədris ilindən, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentində isə 2021-ci il mart ayının 1-dən tətbiq edilir. /Report


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol