• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkədə sərt karantin maya qədər uzandı: Gərginlik yüksəlir

Bu ölkədə sərt karantin maya qədər uzandı: Gərginlik yüksəlir
28.03.2021 19:00
İtaliya hökuməti pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin müddətini Pasxa bayramından sonra da uzatmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, hökumət ölkədə epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində aprelin sonunadək heç bir regionun sarı rəngdə təsvir olunmayacağını elan edib. Bu da İtaliyada karantin qaydalarının yalnız may ayında yumşaldıla biləcəyinə işarədir.

İtaliyada koronavirusa yoluxmanın effektiv reproduksiya əmsalı bir həftə ərzində 1,16-dan 1,08-ə düşsə də, ölkənin 20 regionu yoluxma səviyyəsindən asılı olaraq işıqfor sistemində narıncı və ya qırmızı rəngdə olacaq və bu da ən yüksək məhdudiyyətlərin qüvvədə qalacağını göstərir.

Qeyd edilib ki, Pasxa bayramının qeyd ediləcəyi 3-6 aprel tarixlərində isə bütün İtaliya ərazisində qırmızı rəng rejimi tətbiq olunacaq. Bu isə ictimai həyatın maksimum məhdudlaşdırılması, qastronomiya və əksər ticarət obyektlərinin bağlı olacağı anlamına gəlir.

İtaliya Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Brusaferro mətbuata verdiyi açıqlamada tətbiq olunan məhdudiyyətlərin artıq nəticə verdiyini və yoluxma qövsünün artım tempinin azaldığını bildirib. O, eyni zamanda yeni yoluxmaların azalması ilə sabitləşmənin ilk siqnallarının da müşahidə olunduğunu qeyd edib.

İtaliya hökuməti səhiyyə sistemində çalışanlar arasında peyvənd vurdurmaqdan boyun qaçıranlara qarşı tədbirlər görməyə hazırlaşır. Baş nazir Mario Draqi bildirib ki, İtaliyada peyvənd icbari deyil, lakin səhiyyə sistemində çalışan və peyvənd vurdurmaqdan imtina edən şəxslərin pasiyentlərlə ünsiyyətdə olması yolverilməzdir. Ona görə də hazırda tibbi heyət tərkibində peyvənddən imtina edənlərin ya pasiyentlərlə ünsiyyət tələb olunmayan yerlərdə çalışması və ya xidməti fəaliyyətinin dondurulması təklif olunur. Qeyd edilib ki, ölkədə səhiyyə sistemində çalışanların 75 faizi, ahıllar evlərinin sakinlərinin isə 70 faizi artıq koronavirusa qarşı peyvənd olunublar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol