• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır
31.03.2021 16:09
Dünya bazarında neft qiymətləri səhərkı artımın ardından günortadan sonra enişə keçib.

Anews.az "Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan "Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib.

WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.

Treyderlərin diqqəti OPEC+ sövdələşməsinə yönəlib. Bu gün axşam saatlarında OPEC+ Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası keçiriləcək, alyans yekun qərarı aprelin 1-də OPEC+ razılaşmasının bütün ölkələrinin iclasında verəcək.

Ticarət iştirakçıları həmçinin ABŞ-ın bu gün açıqlanacaq ötən həftə üzrə kommersiya ehtiyatları statistikasının necə dəyişəcəyini də gözləyirlər. Analitiklər ardıcıl altıncı həftə artım olacağını proqnozlaşdırır. Amerika Neft İnstitutu (API) isə ehtiyatların 3,9 milyon barel artacağını gözləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol