• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Həsənlinin qızı açıqlama yaydı - FOTOLAR

Cəmil Həsənlinin qızı açıqlama yaydı - FOTOLAR
01.04.2021 09:46
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı açıqlama yayıb.Onun açıqlaması "Azadlıq" qəzetinin facebook səhifəsində yayımlanıb. 

Günel Həsənli qeyd edib ki, 10 il öncə həyat yoldaşından ayrılıb və yetkinlik yaşına çatmış iki övladı var: "Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.


Özünü mənə iş adamı Mahir kimi təqdim edən 1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda fevralın 5-də restoranda görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım.


Fevralın 14-ü yenə restoranda Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.


Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. Martın 18-də Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən restorana apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər”.


Günel Həsənli qeyd edib ki, martın 19-da Mahir "WhatsApp”da mesaj yazaraq onu dayısı ilə tanış edəcəyini deyib: "Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.


Martın 22-də Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.


Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəlməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam”.


Günel Həsənli hadisənin səhərisi Mahirlə görüşərək niyə bu vəziyyətə düşdüyümün səbəbini soruşub: "Dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı, mən o zaman şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta "WhatsApp” yazışmalarını sildiyini gördüm.


23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım”.


Günel Həsənli əlavə edib ki, ondan pulu 8 Mart hədiyyəti kimi alıb: "Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam”.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol