• $
  • €
  • ₽
  • ₺
  • £

BNA avtobus sürücülərinin etirazına münasibət bildirib

BNA avtobus sürücülərinin etirazına münasibət bildirib
07.04.2021 14:22
Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər avvəl "BMH” MMC ilə əməkdaşlıq edən avtobus sürücülərinin, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

Qurum bununla bağlı "Report"un sorğusuna cavab olaraq bəyan edib ki, sözügedən şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Agentliyə müraciət edib.

"Onların müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.

"BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib. Bu məsələdən çıxış edərək bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini qeyd etmək istərdik. Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol