“Baktelecom”da kadr dəyişikliyi olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - "Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Süleyman Əhmədova həvalə olunub.
"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru "Azeurotel” MMC də fəaliyyət göstərir.
www.anews.az
























