• $
  • €
  • ₽
  • ₺
  • £

“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”
09.04.2021 11:15
"Rasim Quliyevin həbsi ilə hakimiyyət iki istiqamətdə addım atır. Birinci istiqamət korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardır. İkinci istiqamət isə siyasi məsələlərlə əlaqəlidir”. 

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakının sabiq meri Hacıbala Abutalıbovun "sağ əli” sayılan sabiq aparat rəhbəri Rasim Quliyevin həbsinə mübasibət bildirərkən deyib. Onun fikrincə, bütün bunlar onunla bağlıdır ki, Azərbaycan tədricən Türkiyənin təsir dairəsinə daxil olur. Bu da tələb edir ki, Rusiyanın buradakı iqtisadi, siyasi, diplomatik dayaqları aradan qaldırılsın:

"Məsələn, Elmar Məmmədyarovun işdən çıxarılmasından tutmuş Müdafiə Nazirliyində həyata keçirilən təmizləmələrə qədər, eləcə də ayrı-ayrı korrupsionerlərə qarşı mübarizə həm də Rusiyanın buradakı təsir dairələrinə qarşı mübarizədir.

Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da "Kolya”dır. Rusiyada elmlər doktoru olub, dəlixanada yatıb və s. Oradan da Bakıya gəlib. Rusiyada doğulan, təhsil alan, tərbiyə olunan bir şəxsin Rusiyadan asanlıqla gəlib Azərbaycanın sədaqətli vətəndaşı olması inandırıcı görünmür. Odur ki, bu qəbildən olan, yəni Rusiyanın müəyyən dairələrilə mümkün əlaqələri olanlar iqtisadi, hərbi, diplomatik və digər sektorlardan təmizlənir. O qədər çox xain, satqın, xalqımızın və dövlətimizin əleyhinə işləyən insanlar dövlət hakimiyyətinə yerləşdirilib ki, hələ uzun müddət bu cür təmizləmələr aparmağa ehtiyac var.

Hacıbala Abutalıbov özünü həmişə təlxək kimi aparıb, ancaq eyni zamanda da güclü korrupsionerlərdən biri olub. Bildiyiniz kimi, dövlət büdcəsinin az qala 35 faizi Bakıya xərclənirdi. Həmin dövr korrupsiyanın çiçəkləndiyi dövr idi və bu pulların böyük hissəsi də onun əlindən keçib. Sadəcə, təlxəkliklə bunun üzərini ört-basdır edirdi. Hətta o zaman lətifə də yaranmışdı: Əvvəlcə yol çəkirdi, sonra onu söküb kanalizasiya çəkirdi və s.”. (azerbaycan24.com)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol