• $
  • €
  • ₽
  • ₺
  • £

Ramazanda sərt karantin olacaq? (VİDEO)

Ramazanda sərt karantin olacaq? (VİDEO)
11.04.2021 09:27
Ramazan ayının başlamasına artıq sayılı günlər qalır. Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, son həftələrdə yoluxma sayının 3 minə yaxınlaşması və koronavirusdan vəfat edənlərin sayının artması narahatlıq doğurur. Bu da təbii ki, bəzi təbdirlərin alınmasını zəruri edir.


Ekspertlər deyirlər ki, əgər müəyyən qapanmalara gedilməzsə, insanların xüsusilə iftar süfrələrində toplaşmaları yoluxma sayını kəskin şəkildə artıra bilər.


Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bu il də Ramazan ayı koronavirus təhlükəsinin hələ də davam etdiyi pandemiya şəraitində keçəcək. Gündəlik yoluxma sayı 3 minə yaxınlaşır, ölüm halları hər gün artır. Bu statistikanın Ramazanda daha da artacağı istisna edilmir.


Xüsusilə müqəddəs günlərdə dini ayinlərin kütləvi şəkildə icrasına marağın artması başadüşüləndir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Ancaq mövcud vəziyyət insanlardan daha anlayışlı və məsuliyyətli davranmağı tələb edir. O cümlədən, bu müqəddəs ayda evlərdə və ya restoranlarda kütləvi iftar süfrələrinin açılmaması, insanların bir-birləri ilə fiziki ünsiyyətdən müvəqqəti də olsa, qaçmaları tövsiyə olunandır.


Hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının pikini yaşadığımız bir dövrdə Ramazanda qapanma olmazsa, yoluxmanın sürətlə artacağı riski var. Ona görə də belə bir risk altında müəyyən qapanmalara gedilməsi istisna olunmur. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il Ramazan ayı dövründə tətbiq edilən qapanma öz effektiv nəticəsini göstərmişdi.


Dini ayinlərin icrası insanların sağlamlıqlarını və hətta həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Haci Şahin Həsənli deyir ki, insan sağlamlığı dinimizdə də çox önəmlidir. İnsanlar özlərinin və başqalarının sağlamlıqlarına təhlükə olacaq əməllərdən çəkinməlidirlər.


İlahiyyatçı deyir ki, kütləvi toplaşmalar olmasa da, dini ayinlər icra olunacaq və insanlar evlərində rahat şəkildə bu ayinlərə qoşula biləcəklər.


Ramazan ayının başlaması bir çox müsəlman ölkəsini də hərəkətə keçirib. Yoluxma sayının artması təhlükəsinə görə Türkiyədə kütləvi sahur və iftar süfrələri açmaq və ümumiyyətlə ölkə üzrə həftəiçi axşam saat 21:00-dan səhər saat 05:00-dək, həftə sonları isə gün ərzində küçəyə çıxmaq qadağan ediləcək. Üstəlik, təravih namazları məscidlərdə qılınmayacaq, kafe və restoranlar qapadılacaq. Səudiyyə Ərəbistanı da məscidlərdə sahur və iftar yeməkləri təşkilini ləğv etməyi düşünür. Misirin Səhiyyə Nazirliyi isə əhalidən Ramazanda ənənəvi ziyarətlərdən və bayramlaşmalardan çəkinməyi tələb edib.


Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı Ramazan ayında koronavirus infeksiyasının şiddətlənə biləcəyi ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq edib. Bildirilir ki, xüsusilə camaat halında qılınan namazlarda, iftar məclislərində insanların kütləvi toplaşması virusun yayılmasını kəskin şəkildə artıra bilər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol