• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA
13.04.2021 14:38
"Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına zərər vurmayacaq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində bu dəhlizlə bağlı iranlı mütəxəssislərin səsləndirdiyi narahatlığa dair bu ölkə jurnalistinin verdiyi sualı cavablandırarkən deyib.

"Sərhədlərlə bağlı narahatlıqlara gəldikdə, bu narahatlıqlar tamamilə əsassızdır. Müharibədən sonrakı dövrün əvvəllərində bəzi narahatlıqlar var idi. İranın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana səfər etdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və xarici işlər nazirinin müavini Abbas Əraqçı ilə nəzər nöqtələrimizi ətraflı müzakirə etdik. Ortaq zəmin tapdıq. İranın nümayəndə heyəti daha sonra Rusiyaya, Türkiyəyə səfər etdi, eyni məsələni müzakirə etdilər və tam konensusa nail oldular. İran bu layihəni və həmçinin "3+3" formatını dəstəkləyir”, - prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu İranı heç bir şəkildə Ermənistandan ayırmayacaq, bu dəmir yollarının, yolların birləşməsi olacaq: "Yəni onları heç bir şəkildə ayırmayacaq, kiminsə maraqlarına zərər verməyəcək. Əksinə, İranın Naxçıvan dəmir yolu ilə Yerasxa, Ermənistana çıxışına imkan verəcək. Bu layihədə İranın bizə tam dəstək verdiyini düşünürəm”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol