• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə cinayət törədən şəxslər saxlanılıb

Bərdədə cinayət törədən şəxslər saxlanılıb
14.04.2021 20:00
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, aprel ayının 12-də rayon ərazisindəki marketdən oğurluq edilməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Aqil Maqsudov və Adil Abdullayev saxlanılıb. Araşdırmalarla onların ərzaq məhsulları və nəğd pul oğurlamaqla 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Daxil olmuş məlumat əsasında keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, Bərdə rayon sakini Vüsal Novruzovun şəhər ərazisində yeri müəyyən edilərək şübhəli qismində Polis Şöbəsinə gətirilib. Onun üzərində aparılan şəxsi axtarış zamanı güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol