• $
  • €
  • ₽
  • ₺
  • £

“Peyvəndlər ölkələr arasında bərabər paylanmır” - ÜST

“Peyvəndlər ölkələr arasında bərabər paylanmır” - ÜST
17.04.2021 23:30
"Bəşəriyyət koronavirus peyvəndlərinin ölkələr arasında bərabər bölgüsünü təmin edə bilmir".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus BMT İqtisadi və Sosial Şurasının iclasında açıqlama verib. Onun sözlərinə görə, dünyada 832 milyon peyvənd tədarükünün 82% -dən çoxu yüksək və orta gəlirli ölkələrin payına düşür. Az gəlirli ölkələrdə isə bu göstərici təxminən 0,2% -dir.

"Peyvəndlərdə bərabərlik dövrümüzün problemidir. Və uğursuzluqla üzləşirik”, - deyə Qebreyesus qeyd edib. ÜST rəhbəri COVAX mexanizmi ilə peyvənd almağı planlaşdıran bəzi ölkələrin "heç bir şey əldə etmədiklərini" və daha bir neçə ölkənin onlara ayrılan peyvənd kvotasının bir hissəsini vaxtında ala bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, COVAX vasitəsilə tədarük həcminin 100 milyondan çox dozaya çatması lazım idi, lakin bu günə qədər yalnız 40 milyon doza peyvənd tədarük olunub.

ÜST rəhbəri artıq sayda peyvənd ayırmış ölkələri preparatları "COVAX" çərçivəsində ianə etməyə çağırıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol