• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən DANIŞDI

Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən DANIŞDI
17.04.2021 17:25
Almaniyanın Münxen Universitetinin professoru Ludger Woessmann tərəfindən həyata keçirilən ATƏT üzvü olan ölkələri və Almaniyanın əyalətlərini əhatə edən araşdırmanın nəticələri göstərir ki, mərkəzləşmiş imtahan sistemi olan ölkələrdə məktəblilərin fənlər üzrə bilikləri qeyri-mərkəzi sistemli ölkələrə nisbətən daha yüksəkdir. Müəllifin fikrincə, bu fərq orta hesabla bir illik tədris fərqinə bərabərdir".

Anews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "mərkəzi imtahan sistemi nəyə görə zəruridir" sualını cavablandırarkən deyib.

O bildirib ki, eyni araşdırmaya əsasən mərkəzləşmiş sistemlərdə imtahan vermiş gənclər gələcəkdə əmək bazarında da daha çox uğur əldə edirlər:

"Digər tərəfdən Rusiya Ali İqtisadiyyat Məktəbi (AİM) tərəfindən keçmiş sovet respublikalarının imtahan sistemlərinin təhlilinə həsr olunmuş 2020-ci ildə nəşr olunmuş tədqiqatda mərkəzləşdirilmiş imtahan sisteminin ali məktəblərə qəbul prosesində korrupsiyanın qarşısını almaq və aşağı sosial-iqtisadi statusa malik ailələrdən olan abituriyentlərin ali təhsilə əlçatanlığını təmin etmək üçün səmərəli vasitə olduğu qeyd olunur. Bəzi tədqiqatçılar mərkəzi qiymətləndirmə sisteminin əsas çatışmazlığı kimi müəllimlərin təşəbbüs və yaradıcılıq qabiliyyətini zəiflətməsini və onların tədris prosesini imtahanlarda nəticə alınacaq şəkildə qurduğunu irəli sürürlər. Lakin, bu da bir həqiqətdir ki, müəllimlərin fərdi qiymətləndirmələri öz subyektiv yanaşması və konkret sinfin səviyyəsi əsasında formalaşır ki, (psixologiyada bu fenomen "balaca göldə böyük balıq effekti” adlanır), bu da bir çox halda milli standartlardan uzaq olur və ölkə üzrə real müqayisə aparılmasına əngəl törədir".

M.Abbaszadə vurğlayıb ki, ümumiyyətlə imtahanların təhsil prosesinə təsiri məsələsi bütün dünyada elmi ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olur və bu barədə hələ ki, vahid fikir formalaşmayıb:

"Bəzi alimlər yüksək əhəmiyyətli imtahanların istər-istəməz müəllimlərin və tələbələrin tədris yanaşmasına təsir etdiyini və onların daxili öyrənmə motivasiyasını zəiflədərək xarici motivasiyasını, yəni imtahandan yüksək nəticə almaq xatirinə öyrəndiyini irəli sürür. Digərləri isə ümumiyyətlə mərkəzləşmiş imtahanların üzərinə belə bir missiya qoymağın düzgün olmadığını qeyd edir. Belə ki, bu imtahanların məqsədi sadəcə seçmə həyata keçirməkdir. Onların fikrincə bu halda bütün günahı imtahanların üzərinə atmaqdansa, diqqəti müəllim və valideynlərin mentaliteti üzərində işləməyə yönəltmək lazımdır".

"Təbii ki, tələbələrin imtahanların formatı ilə tanış olması onların imtahan zamanı özlərini rahat hiss etmələri baxımından faydalıdır. Lakin bu heç də o demək deyil ki, dərslər yalnız imtahan testləri üzərində qurulmalıdır. Bütün proses iştirakçıları bilməlidirlər ki, imtahanda tədris prosesində əldə olunmuş bilik və bacarıqlar müəyyən bir forma (test) çərçivəsində qiymətləndirilir və əsas olan bu forma yox, əldə olunan bacarıqlardır. O, da qeyd olunmaldır ki, uşaqlara mövzuların bütün aspektlərinin öyrədilməsi, onlarda mürəkkəb idraki qabiliyyətlərin və davamlı öyrənmə vərdişlərinin formalaşdırılması yüksək dərəcədə zehni əmək və peşəkarlıq tələb edən prosesdir. Peşəkarlıq səviyyəsi və motivasiyası aşağı olan bəzi müəllimlərin bu uzun və zəhmətli prosesi keçmək əvəzinə qısa yoldan gedərək tədris prosesini test sualları üzərində qurmağa üstünlük verməsi ehtimalını da nəzərə almaq lazımdır", - o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol