• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əhmədovun oğlu anasına 100 milyon dollar ödəməlidir

Fərhad Əhmədovun oğlu anasına 100 milyon dollar ödəməlidir
22.04.2021 09:38
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Teymur məhkəmənin qərarı ilə anası Tatyana Əhmədovaya 100 milyon dollar ödəməli olacaq. Məhkəmə onu həm də "atasına kömək etmək üçün hər şey edəcək vicdansız bir adam” adlandırıb.

Bu barədə "Bloomberg” xəbər yayıb.

Hakim Qvinnet Noulz belə bir qənaətə gəlib ki, kiçik Əhmədov atasına kömək edib və əmlak bölgüsünə əsasən anası üçün nəzərdə tutulan 453 milyon funt (600 milyon dollardan çox) vəsaiti almasına mane olmaq üçün "əlindən gələni” edib. Noulz deyib ki, indi o, anasına 100 milyon dollardan çox pul ödəməli olacaq.

Xatırladaq ki, 2016-cı ildə London Ali Məhkəməsi Fərhad Əhmədovun üzərinə keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt-sterlinq (varidatının 41,5%) ödəməsi barədə öhdəlik qoyub. Qadının payına saraylar, yaxta, vertolyot, şəxsi təyyarə və incəsənət əsərləri daxildir. Bu boşanma prosesi Londonun ən bahalı boşanma proseslərindən biri kimi qiymətləndirilir. 

Dinləmələr 2020-ci ilin sonunda yenidən başlamışdı. Elə həmin vaxt məlum olmuşdu ki, Britaniya vətəndaşlığı olan Teymur anasının iddiasından sonra Rusiyaya qaçıb. Qadın boşanma prosesi zamanı onun üçün nəzərdə tutulan vəsaiti gizlətməkdə atasına kömək etdiyini iddia edərək öz oğlunu məhkəməyə vermişdi.

Ötən ilin sonunda Teymur Əhmədov danışırdı ki, onun London İqtisadiyyat Məktəbində oxuyarkən atası tərəfindən ona bağışlanan 50 milyon dolları fond bazarında riskli əməliyyatlarda itirdiyindən anasının da xəbəri var idi. O qeyd edib ki, anası hətta buna görə onu təsəlli də edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol