• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Əliyev: “Son 10 ildə 1 554 kənd və qəsəbə qazlaşdırılıb”

Ruslan Əliyev: “Son 10 ildə 1 554 kənd və qəsəbə qazlaşdırılıb”
22.04.2021 10:48
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Caspian Energy Club”un təşkil etdiyi ənənəvi "Online B2G Forum”da iştirak edib.

Anews.az-ın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

R. Əliyev daha sonra "Azəriqaz”ın həm pandemiya, həm də Vətən Müharibəsi dövründə üzərinə düşən böyük məsuliyyəti dərk edərək fasiləsiz fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, həmçinin qurumun bir çox əməkdaşının könüllü olaraq ordu sıralarına yazılıb torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatıldığını bildirib. "Bizə Qələbə qürurunu yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq. Bizim həssaslıqla yanaşdığımız məqamlardan biri şəhid və qazi ailələrinin qaz təchizatına dair müraciətlərini təmin etməkdir. Bu gündəlik işimizin əsasıdır və bu layihələrə biz sosial aksiyadan çox öz müqəddəs vəzifə borcumuz kimi baxırıq”.

R. Əliyev çıxışının davamında qazlaşdırma ilə bağlı bəzi məqamlara da toxunub. "Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2% təşkil edir. Son 10 ildə Respublikamızda 1 554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub. Biz 2021-ci ilə də bir çox mühüm addımlar atmaqla başladıq. İstehsalat Birliyimizin Metrologiya Departamentində "Açıq Qapı” günləri təşkil etdik, sosial şəbəkələrdə aktivliyimizi canlı yayımlar vasitəsilə artırdıq, SMS bildirişlərlə abonentlərə borcları və qaz təchizatındakı böyük miqyaslı dayandırmalar haqda məlumatlar göndəririk. Hesab edirik ki, bu ilki hədəflərimizə çatmaq üçün bundan sonra da səylə çalışacağıq”.

Daha sonra R. Əliyev "Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. "Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Ruslan Əliyevə təşəkkür edib. O, "Azəriqaz”ın "Caspian Energy Club” ilə uzunmüddətli əməkdaşlıq etdiyini və klubun fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. Telman Əliyev həmçinin qeyd edib ki, İstehsalat Birliyi ilə "Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol