• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda "Zabitlər evi" sökülməyəcək - Yeni görüntüsü belə olacaq - FOTOLAR - ÖZƏL

Lənkəranda "Zabitlər evi" sökülməyəcək  - Yeni görüntüsü belə olacaq - FOTOLAR - ÖZƏL
22.04.2021 21:12
Ötən əsrin 50-ci illərində Lənkəran şəhərində inşa olunmuş "Zabitlər evi” hasara alınıb. Bununla əlaqədar binanin söküləcəyi və yerində yeni obyektin tikiləcəyi barədə söz söhbətlər yayılıb. Etiraz edən vətəndaşlar keçmiş SSRİ dövründə bir çox tanınmış müğənnilərin konsertlərnin keçirildiyi binanın sökülməsini məsuliyyətsiz qərar adlandırırlar.
 
Amma binanın, adının anonim saxlanmasını istəyən yeni sahibi Anews.az-a eksklüziv açıqlamasında Lənkəran əhalisi arasında yayılan bu söz-söhbətin əsassız olduğunu bildirir. O, deyir ki, binanın əsas karkası saxlanılmaqla, içi dəyişdiriləcək və ticarət mərkəzi kimi fəaliyyət göstərəcəkdir.

"Anamın gəncliyi həmin binada keçib. O bina ilə bağlı çoxlu xatirələrim var. Binanın sökülməsindən söhbət gedə bilməz. Əksinə bina çox yararsız haldadır, əsaslı təmir olunaraq çox gözəl vəziyyətə gətiriləcək. Lahiyəmiz hazırdır. Bu yaxınlarda Lənkəran rayon İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə və FHN-ə müraciət edəcəyik. Bizə rəy verildikdən sonra təmir işlərinə başlanacaq. Artıq həmin tikilidə fəaliyyət göstərmək istəyən brend firmalarından müraciətlər almışıq”, – deyə sahibkar əlavə edib.

"Zabitlər evi”- adlanan tikili 2020-ci ilin dekabrında Lənkəran Əmlak komitəsi tərəfindən hərraca çıxarılıb və müsahibimiz tərəfindən alınıbdır. 10 ilə yaxındır ki, orada heç bir fəaliyyət yoxdur.

" Lənkəran turist zonadır. Həm görüntüsü, həm də yeməkləri ilə Azərbaycanın başqa bölgələrindən seçilir. Düşünürük ki, müasir ticarət mərkəzinin açılmasına ehtiyac var. Bu prosesdə iqtisadiyyat nazirliyi də bizə dəstək olub. Ümid edirəm ki, əhalidə yaranan tənqidi fikirlərə layihə hazır olduqdan sonra münasibət dəyişəcək”, – deyə sahibkar vurğulayır.
 
Sahibkarın dediklərini Lənkəran İcra hakimiyyəti və Əmlak Komitəsinin rəsmiləri də təsdiqlədi. 



"Zabitlər evi" -nin yeni görkəmi belə olacaq:





 
 

 

Hazırkı görüntüsü:
 




 
Gülnar Nazimqızı






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol