Tbilisi dünyanın yeni kitab paytaxtı elan olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhəri bu gündən "Dünya kitab paytaxtı” elan olunub.
"Report”un yerli bürosu xəbər verir ki, şəhər bir il ərzində UNESCO-nun layihəsinə ev sahibliyi edəcək.
Tbilisi bu statusu Malayziyanın paytaxtı Kuala-Lumpurdan təhvil alacaq.
"Dünya kitab paytaxtı” elan olunan şəhərlərdə mütaliənin populyarlaşdırılması və bütün sosial təbəqələr üçün kitabların əlçatanlıq səviyyəsinin artırılması üçün müxtəlif tədbirlər keçirilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























