• $
  • €
  • ₽
  • ₺
  • £

"Özüm döydürmüşəm, DTX-yə gəlirəm" - Şəhid Xudayarın anası

"Özüm döydürmüşəm, DTX-yə gəlirəm" - Şəhid Xudayarın anası
29.04.2021 15:15
"Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm”.

Anews.az  xəbər verir ki, bunu "Ölkə.az”a açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib.

O bildirib ki, bu barədə efirlərdə də çıxıb danışmağa hazırdır: "Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?

Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi burdadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.

Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-yə gəlirəm.

Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.

"Mən Bakıya müraciət eləmişəm. Dedilər, gəlib ərizə yazmalısınız. Baxdım ki, mənasız yerdədir. Onu çağıracaqlar, deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun o barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”, – o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol