• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə cinayət törədən dəstə üzvlərinin məhkəməsi başlayır

Bərdədə cinayət törədən dəstə üzvlərinin məhkəməsi başlayır
05.05.2021 19:30
Bərdədə qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Bu barədə Anews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, 2020-ci il avqustun 12-də Bərdə rayonu ərazisində baş verən silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlu qəsdən öldürülüb.


Qeyd edilən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.


Aparılan istintaqla müəyyən edilib ki, 2020-ci il avqustun 11-də saat 23 radələrində müxtəlif növ odlu və soyuq silahla silahlanmış bir qrup şəxs - Rəşad Zamanov, Cavidan Məmmədov, Şirxan İmanov və Xəyyam Musazadə ictimai qaydanı kobud şəkildə pozaraq aralarında daha əvvəl baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Bərdə rayonunun Şorəlli kəndi ərazisində Rauf Bağırov, Mansur Camalov, Ziyad Tahirzadə, İbrahim Abbasov, Adıgözəl Abbasov, Nicat Əzizov, Qoşqar Babayev və Ruslan Süleymanovla görüşən zaman silahlı münaqişə baş vermiş və nəticədə Mansur Camalov qəsdən öldürülmüş, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasovun isə qəsdən öldürülməsinə cəhd edilib.


Rəşad Zamanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə, Cavidan Məmmədova- 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi adam öldürməyə cəhd) və digər maddələri ilə, hadisənin iştirakçıları olan digər 9 təqsirləndirilən şəxsə isə törətdikləri cinayət əməllərinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, hər birinin barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda istintaq yekunlaşdırılaraq, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər və digər məhkəmələrə göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol