• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır
05.05.2021 22:30
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

Anews.az "Azəriqaz”a istinadən verdiyi məlumata görə, Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

İstismar müddəti başa çatmış diametri 530 mm olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 mm olan polietilen boru ilə əvəzlənir. Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər Birliyin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra şəhər ərazisində 15 minədək əhali abonenti və sənaye obyektlərinin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Ucar rayonunda yerləşən "SOCAR” yanacaqdoldurma məntəqəsində CNG (sıxılmış təbii qaz) yanacaq növündən istifadəni təmin etmək üçün qaz xəttinin çəkilişi işləri də həyata keçirilir. Diametri 160 mm, uzunluğu 24 km olan yeni qaz xətti başlanğıcını Ucar Qaz Paylayıcı Stansiyasından götürərək Müsüslü kəndində başa çatacaq. İşin həcmi böyük olduğundan əraziyə maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. Qaz xəttinin 13 km-dən çox hissəsinin çəkilişi artıq yekunlaşıb. Görülən işlərin 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, görülən işləri "Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi həyata keçirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol