Küləkli hava sabah da davam edəcək

Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
M ayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























