• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən 20-ə yaxın səhiyyə işçisinin işdən çıxarılması məsələsi ilə bağlı AÇIQLAMA

TƏBİB-dən 20-ə yaxın səhiyyə işçisinin işdən çıxarılması məsələsi ilə bağlı AÇIQLAMA
05.05.2021 14:33
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunda 20-yə yaxın əməkdaşının işdən azad edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

TƏBİB-dən Anews.az-a verilən məlumata görə, Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir:

"Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər".


--------------------
 
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı 20-yə yaxın şəxsi qanunsuz olaraq işdən çıxarıb.


Bu barədə Unikal.org-a  Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun keçmiş texniki Sultanov Teymur Aslan oğlu məlumat verib. O, bildirib ki, əmək qanunvericiliyinin tələbləri pozuraq, onu işdən azad ediblər:


"Qurumun adının dəyişdiyini səbəb göstərərək bizə iki ərizə yazdırdılar. Bir ərizəni işdən çıxmaqla bağlı, digərini TƏBİB-ə  işə qəbulla bağlı qeyd etdirdilər. Sonra ikincini cırıb, atdılar. Birinci öz ərizəmlə işdən azad olunduğumu bildirdilər. Səbəb göstərdilər ki, texnik vəzifəsinə vakansiya yoxdur. Halbuki, məndən sonra neçə yeni texnik işə götürülüb. Təxmini 20-yə kimi həkim işdən çıxarılıb. Onlar arasında həkimlər də var.  İşdən çıxarılan bütün şəxsləri eyni qaydada aldadıblar. Mən TƏBİB-in qanunsuz əməlləri ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəm”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol