• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilindən ictimai nəqliyyatla bağlı qadağaya REAKSİYA

Millət vəkilindən ictimai nəqliyyatla bağlı qadağaya REAKSİYA
05.05.2021 14:35
"Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.

Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur".

Anews.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov özünün "facebook” səhifəsində yazıb.

O bildirib ki, eyni hal Novruz bayramı ərəfsində də tətbiq olunub, hətta yoluxamalrın sayı artıb:

"Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik.

Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.

Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol