• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram Məmmədovun ölümü ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Bayram Məmmədovun ölümü ilə bağlı  YENİ TƏFƏRRÜATLAR
05.05.2021 16:23
Cəmiyyətdə  "heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovun ölümünə səbəb onun dənizə düşmüş ayaqqabısını çıxarmaq üçün suya tullanması ola bilər, bunu Türkiyə polis əməkdaşlarından biri  hazırda  İstanbulda yaşayan və Bayram Məmmədovun dostu olan Elgiz Qəhrəmana bildirib.  
 
"Polisin bizə verdiyi məlumata görə, Bayramın  başmağı suya düşüb, onu çıxarmaq üçün suya tullanıb və üzüb. Sahil güvənliyi fit çalıb, onu geri çağırıb amma Bayam geri qayıtmayıb və boğulub”, - deyə Elgiz Qəhrəman Anews.az-a bidirib.
 

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almağa hazırlaşdığını deyirlər.


Onun ölümü barədə məlumat mayın 4-də, gecə saatlarında yayılıb.  
 
Elgiz Qəhrəmanın sözlərinə görə, hazırda Bayram Məmmədovun nəşi İstanbul Tibbi Ekspertizasındadır. 

Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində baş verib.
 
Bayram Məmmədov "Heykəl məhbusu" kimi tanınıb və İlham Əliyevin 2019-cu ilin martında, Novruz bayramı öncəsi  imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

O, 2016-cı ildə siyasi fəal Qiyas İbrahimovla birlikdə, mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" şüarı yazdıqdan sonra həbs edilib.

Ona narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham elan edilib 10 il həbs cəzası verilib.

Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.


 
Samirə Əli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol