• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19-la mübarizə aparan tanınmış həkim maaşından narazıdır

COVID-19-la mübarizə aparan tanınmış həkim maaşından narazıdır
23.05.2021 18:00
Koronaviruslu xəstələrin müalicə olunduğu "Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova aldığı maaşdan narazıdır.

"Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbukda bildirib.
Namazova TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək bunları yazıb:

"Mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). 1 övladım BDU-da oxuyur (pulluda), 1-i də instituta hazirlaşır.
Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikalarda işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır ya yox.
Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.
Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova (Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat -red.) səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm. Bu bədbəxt həkimlərin ümidi sizədir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol