Deputat: Şuşada universitet yaradılsın

Şuşada Dövlət Mədəniyyət və İncəsənət Universiteti təis edilsin.
Anews.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirlən plenar iclası zamanı deyib.
Təklif edirəm ki, Şuşada Universitetlər tikilsin. Bakıya gələn gənclərin Şuşa şəhərində təhsil alması ölkəmizin mədəni inkişafına təsir edər" - deyə millət vəkili bildirib.
Eyni zamanda deputat Şuşanın ən görkəmli yerlərində Silahlı Qüvvələrimizin xatirə kompleksinin yaradılmasını da təklif edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























