• $
  • €
  • ₽
  • ₺
  • £

80 faiz işçinin vaksin olunması özəl şirkətlərə aid edilməyə bilər

80 faiz işçinin vaksin olunması özəl şirkətlərə aid edilməyə bilər
27.05.2021 23:08
Özəl şirkət işçilərinə vaksin olunmaqla bağlı məcburiyyətlərin olmasını düşünmürəm.
 
Bunu anews.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib. 
 
"Covid pasportu iki halda veriləcək. Biri immunitet üçün nəzərdə tutulan 6 aylıq sertfikatdır, digəri isə hər iki vaksini vurduran şəxslərin covid pasportu alması prosesidir. Düşünürəm ki, vaksin könüllü olması və pasportun tələb olunması müəyyən qaydalarla tənzimlənəcək. 80 faiz işçilərin vaksin olunmasının məcburi olması isə dövlət müəssisələrində işləyənlərə aid ola bilər. Özəl şirkətlərə belə bir məhdudiyyətin olmasını ehtimal etmirəm. Nəzərə alsaq ki, Avropa Birliyi covid pasportunu dəstəkləyib və proses hər yerdə icra olunmağa başlayıb, bu zaman ən yaxşı halda vaksin olunub yenidən qapanmalara getməməyimiz ən doğru yol olar. Yəqin ki, gələcəkdə Avropadakı kimi bizdə də kütləvi tədbirlərdə, xeyir-şər işlərində covid pasportu tələb olunacaq. Pasportu olmayanları isə cərimələr gözləyə bilər. Müqayisə üçün vaksin olunan ölkələrə baxsaq görərik ki, həmin ölkələr artıq sərt karantindən çıxıb. Vaksin vurduran biri kimi deyə bilərəm ki, heç bir risk və təhlükə ilə rastlaşmadım" - deyə millət vəkili bildirib.
 
2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı bütün iş və xidmət sahələrinə aiddir. Bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.

Gülnar Nazimqızı
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol