Bu il minaya düşən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
01.06.2021 13:26
2021-ci ilin ötən dövründə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından bildirilib ki, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.