• $
  • €
  • ₽
  • ₺
  • £

Bu restoranlarda nöqsanlar aşkarlandı - TAM SİYAHI

Bu restoranlarda  nöqsanlar aşkarlandı - TAM SİYAHI
10.06.2021 16:25
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün üzrə 430 ictimai iaşə obyektində 736 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎ rayonu‎, Yüzbəy Mürsəlov 2B ünvanında yerləşən, hüquqi şəxs "Məskan" firmasına məxsus restoran;

2. Bakı şəhəri, Səbail ‎rayonu‎, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bagel" bar;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İldırım ünvanında yerləşən, fiziki şəxs Xanlarov Ceyhun Qalib oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nizami ‎rayonu, R.Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Tələt Rafiq oğluna məxsus "Cəviz tea" kafesi;

5. Bakı şəhəri, Xəzər ‎rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Quliyev Qulu Rafael oğluna məxsus restoran;

6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əlimərdan bəy Topçubaşov küç., 346-cı məhəllədə yerləşən, fiziki şəxs Zeynalov Əhliman Əvəz oğluna məxsus restoran;

7. Bakı şəhəri, Yasamal ‎rayonu, B.Bağırova 12 ünvanında yerləşən, hüquqi şəxs Ağayev Şahin Mustafa oğluna məxsus "Toscana" restoran;

8. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında yerləşən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus restoran;

9. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli İsa oğluna məxsus "Orman" restoranı;

10. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov ev 17 ünvanında yerləşən, fiziki şəxs Bağırov Elxan Gülağa oğluna məxsus "Kayot" kafe;

11. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, fiziki şəxs Keklik Eminə məxsus "Büyük fırat" restoranı;

12. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev 149 ünvanında yerləşən, fiziki şəxs Əliyev Anar Əlihəzrət oğluna məxsus "Smoke lounge" kafe;

13. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev 82 ünvanında yerləşən, fiziki şəxs Rəhmanov Eldar Rəhman oğluna məxsus "Tonqal" restoranı;

14. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yerləşən, fiziki şəxs Məmmədova Ülviyyə Eldar qızına məxsus kafe;

15. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən, fiziki şəxs Nəciyev Süleyman Qəşim oğluna məxsus "Mavi dalğa" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

16. Sumqayıt şəhəri, Nəsimi adına park ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər pizza" restoran;

17. Kürdəmir rayonu, Karrar ünvanında yerləşən, fiziki şəxs Manafov Samir Fərhad oğluna məxsus kafe;

18. Gəncə şəhəri‎, Vəli Xuluflu ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Ülvü Elsevər oğluna məxsus kafe;

19. Zərdab rayonu‎, Gəlmə ünvanında yerləşən, fiziki şəxs Qocayev Müşfiq Məhəmməd oğluna məxsus kafe;

20. Lerik rayonu‎, Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məlikov İlqar Zakir oğluna məxsus çay evi;

21. Astara rayonu‎, H.Əliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Mais Şirməmməd oğluna məxsus kafe.

AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol