• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı

Binəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı
10.06.2021 17:17
"Azərsu” ASC tərəfindən Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib. 

"Qafqazinfo”ya verilən məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti mövcud deyil. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Belə ki, şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurularaq məzillərə vurulur.

Cavadxan küçəsi Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı aşkarlanıb.

Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Burada vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi su xətlər çəkilib. Sayğac quraşdırılmadığından su sərfiyyatı ailə üzvlərinin sayına görə hesablanır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.

Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər. 

O da məlum olub ki, bu işi təşkil edən bir qrup şəxs magistral xətt üzərində qanunsuz su kollektoru quraşdıraraq buradan qonşulara əlavə çıxışlar verirmiş.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol