• $
  • €
  • ₽
  • ₺
  • £

İyun ayında hava necə olacaq?

İyun ayında hava necə olacaq?
27.05.2014 18:56
 Azərbaycan ərazisində iyun ayına olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasından az, dağlıq və dağətəyi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur.Bakı və Abşeron yarımadasında havanın temperaturu 23-26 isti dərəcə olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasından (norma 9-12 mm) az olacaq.Naxçıvan Muxtar Respublikasında temperatur 22-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 16-21 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasından az (norma 21-35 mm) olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında temperatur 15-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 9-14 dərəcə isti təşkil edəcək. Gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-30 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 86-130 mm) olacaq.Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperatur 21-25 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 33-37 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasından az (norma 46-63 mm) olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 15-20 dərəcə isti təşkil edəcək. Gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacaq.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın temperaturu 24-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasından az (norma 12-49 mm) olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperatur 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacaq. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol