• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycana 1 milyon dollar ayırıb

ABŞ Azərbaycana 1 milyon dollar ayırıb
02.07.2021 12:01
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diqanozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək. Səyyar klinikalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin icra etdiyi PROACT-Qayğı layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə alınıb.
 
Səfər zamanı səfir Litzenberger həmçinin elan edib ki, Amerika Birləşmiş Ştatları USAID vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.
 
Sözügedən əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib. ÜST hal-hazırda davam edən PROACT-Qayğı layihəsini genişləndirərək ilkin səhiyyə xidmətləri müəssisələrində infeksiyaların qarşısı alınması səylərini təkmilləşdirəcək və onlar tərəfindən əsas səhiyyə (qeyri-COVID) xidmətlərinin davamlı göstərilməsi bacarıqlarını artıracaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəraitində BQXQAC koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həssas icmalarda infeksiyaların qarşısı alınması təcrübələrinin aşılanmasına kömək edəcək, habelə pandemiyanın səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək üçün psixoloji yardım göstərəcək.
 
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib ki, "Amerika Birləşmiş Ştatları çətin dövrlə üzləşdiyimiz bir zamanda Azərbaycana davamlı dəstək göstərməkdə sadiq qalır. Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik.”
 
Həmin əlavə vəsait də daxil olmaqla Amerika Birləşmiş Ştatları COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 6,6 milyon dollar vəsait ayırıb. Bu vəsait 1,300 səhiyyə işçisinin infeksiyaların profilaktikası və onlara nəzarət; səhiyyə müəssisələrin daxilində risklərə dair məlumatlılıq və risk kommunikasiya tədbirləri; Bakı və bölgələrdə 16,000-dən çox ailəyə (təqribən 80,000 şəxsə) qida və gigiyenik əşyalardan ibarət yardım; habelə virusun yayılmasının qarşısını almaq məqsədilə preventiv tədbirlərə dair 3 milyondan artıq insanı əhatə edən geniş kommunikasiya tədbirlərinə ayrılıb.
 
Son iyirmi il ərzində ABŞ qlobal səhiyyə tədbirlərinə 140 milyon ABŞ dollarından artıq yardım ayırıb. USAID-in pandemiya ilə mübarizə səyləri haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun https://www.usaid.gov/coronavirus. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol