Füzulidə minalanmış ərazidə yanğın

Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.
Bildirilib ki, yanğının söndürülməsi istiqamətində FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
www.anews.az
























