• $
  • €
  • ₽
  • ₺
  • £

Sədərəyə yeni avtobuslar işləyəcək - AÇIQLAMA

Sədərəyə yeni avtobuslar işləyəcək - AÇIQLAMA
05.07.2021 13:08
Dövlət başçısının tapşırığına əsasən vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-"Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları "BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.

Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.

Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.

Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada "BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0,35 manat müəyyən olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol