• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bakıda əməliyyat keçirdi - 3 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 3 nəfər saxlanıldı
05.07.2021 15:34
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.


Anews.az xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal qeyd edilən ərazi nəzarətə götürülüb.


Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.



Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Keçirilmiş sonuncu əməliyyatlar zamanı Baş İdarə tərəfindən ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 ədəd çətənə kolu, eləcə də, 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.


Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol