Rusiyada təyyarənin qəzaya uğradığı yerdən ilk görüntülər - VİDEO
06.07.2021 18:01
Rusiyanın "Kamçatka Hava Yolları” şirkətinə məxsus "An-26” sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən ilk videogörüntülər yayılıb.
Anews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, təyyarə hava limanından 3,8 kilometr məsafədə təpəliyə çarpılıb. Nəticədə 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Təyyarənin qırıntıları aşkarlanıb, lakin ölənlərin meyitləri hələ ki tapılmayıb.