Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdi
06.07.2021 18:19
Paytaxtda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil olunub.