Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atdılar

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.
Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























