• $
  • €
  • ₽
  • ₺
  • £

AXC-nin elan edildiyi zal restavrasiya olunacaq

AXC-nin elan edildiyi zal restavrasiya olunacaq
08.07.2021 14:45
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binasının bərpası üzrə işlər intensiv rejimdə davam etdirilir.


"Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.


Onun sözlərinə görə, tarixi bina mədəni irsin mühüm və dəyərli abidəsidir: "Hazırkı mərhələdə binanın dam örtüyü təmir olunur, daxili kommunikasiya xətləri, qapı-pəncərələr, fasad restavrasiya edilir. Bundan başqa, istinad divarı və fundamentin möhkəmləndirilməsi də planlaşdırılır”.


Mer interyerdə də təmir-bərpa işlərinin aparılacaqğını deyib: "Zallardakı bədii-dekorativ elementlər və dekorativ balyustradanın zədələnmiş hissələri də bərpa olunacaq”.


K.Kaladze qeyd edib ki, bərpa layihəsinin dəyəri 33,7 milyon lari (10,7 milyon ABŞ dolları) təşkil edir və rekonstruksiya işləri 2023-cü ilin üçüncü rübündə tam başa çatdırılacaq.


Qeyd edək ki, Milli Gənclər Sarayı kimi fəaliyyət göstərən binanın güzgülü zalında 1918-ci il mayın 28- də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol